Bütün xəbərlər
ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub
Tarix: 27-11-2022 00:24 | Bölmə: Digər

Suriyada ABŞ bazasına raket hücumu həyata keçirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,hadisə nəticəsində xəsarət alan olmayıb. Bu barədə ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığı bildirib.
Qeyd edildiyi kimi, iki raket ABŞ-ın Suriyanın Əl-Şəddadi şəhərindəki patrul bazasında koalisiya qüvvələrinə istiqamətlənib. Zərbələr nəticəsində xəsarət alan olmayıb, əmlaka da ziyan dəyməyib.
Komandanlığın sözlərinə görə, bu hücum koalisiya qüvvələrini təhlükə altında qoyub, regionda sabitliyi və sülhü pozub.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər