Bütün xəbərlər
"Qürur mənbəyi"- Ronaldo Messi ilə fotosessiyaya çəkilib
Tarix: 22-11-2022 09:00 | Bölmə: Digər


Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo Lionel Messi ilə reklam kampaniyasında iştirakına münasibət bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,portuqaliyalı fotosessiyanın vacibliyini qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl Ronaldo və Messinin şahmat oynayarkən çəkilmiş fotosu dərc olunmuşdu. Maraqlıdır ki, lüks brendin damalı çamadanı orada şahmat taxtası rolunu oynayırdı.
Marca Ronaldonun sözlərini sitat gətirib: "Bu, iştirak etmək istədiyim, çoxdandır axtardığım kampaniya idi. Bu, qürur mənbəyi idi. Bu, mənim üçün beşinci Dünya Çempionatıdır və nikbinəm”.
Xatırladaq ki, hər iki futbolçu dünya çempionatında öz komandalarının tərkibində iştirak edəcək. Ronaldo Argentina, Messi Polşa. Meksika və Səudiyyə Ərəbistanı ilə C qrupunda, Portuqaliya isə H qrupunda Uruqvay, Qana və Cənubi Koreya ilə mübarizə aparacaq.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər