Bütün xəbərlər
ABŞ-da 53 itin olduğu təyyarə qəzaya uğrayıb
Tarix: 20-11-2022 00:48 | Bölmə: Digər

ABŞ-ın Viskonsin ştatında sığınacağa aparılarkən göyərtəsində 53 itin olduğu təyyarə qolf meydançasına çırpılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə “The Washington Post” yazır.
Qolf klubunun işçiləri qəzanın şahidi olublar. Onların sözlərinə görə, təyyarə ağacların arasında uçaraq sərt eniş edib.
Hadisə nəticəsində ekipaj üzvlərindən və ev heyvanlarından heç biri ölməyib - üç nəfər və bir neçə bala yüngül xəsarətlər alıb, hadisə şahidləri onları təyyarədən çıxarıblar.
Bununla belə, təxminən 300 gallon təyyarə yanacağı qolf sahəsinə və bataqlığa tökülüb. Qəzaya nəyin səbəb olduğu hələlik məlum deyil.


Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər