Bütün xəbərlər
Qrossmeyster Anatoli Karpov xəstəxanadan buraxılıb
Tarix: 15-11-2022 19:42 | Bölmə: Digər


Oktyabrın sonunda 71 yaşlı şahmatçı kəllə-beyin zədəsi və bud sümüyünün boynunun sınığı ilə Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Rusiyalı qrossmeyster, şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov xəstəxanadan buraxılıb, onun köməkçisi Albert Stepanyan bildirib.
"Anatoli Evgenieviç evə getdi. O, gülümsəyir, çox xoşbəxtdir", - TASS Stepanyandan sitat gətirib.
Xatırladaq ki, Karpov şahmat üzrə 12-ci dünya çempionudur. O, bu adı 1975-ci ildə qazanıb. Həmçinin, SSRİ milli komandasının tərkibində Anatoli Evgenieviç altı dəfə şahmat olimpiadalarının qalibi və doqquz dəfə ilin ən yaxşı oyunçusuna verilən şahmat Oskarının sahibi oldu.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər