Bütün xəbərlər
Sambo üzrə dünya çempionatının startında ruslar üç qızıl medal qazanıblar
Tarix: 11-11-2022 21:35 | Bölmə: Digər

Bişkekdə sambo üzrə dünya çempionatı start götürüb. Yarışın ilk günündə Rusiya komandası üç qızıl, bir gümüş və iki bürünc medal qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,qızılı Svetlana Uvarova (59 kq-a qədər), Sayan Xertek (58 kq-a qədər) və Viktor Nemkov (döyüş sambosu, 98 kq-a qədər) gətirib. Gümüş medalı Yelizaveta Sışçikova (54 kq-a qədər) qazanıb. Üçüncü yeri Yekaterina Xasanova (50 kq-a qədər) və İvan Lojkin (79 kq-a qədər) tutublar.
Ümumi hesabda rus sambistləri liderlik edir. Belaruslular ikinci yerdədir (1 qızıl, 1 gümüş, 2 bürünc). Üçüncü yeri Qırğızıstan, Türkmənistan milli komandaları və qaçqınların birgə komandası (1.0.0) bölüşür.
Beynəlxalq SAMBO Federasiyasının bayrağı altında keçirilən turnirdə Rusiya, Belarus və Fransa idmançıları mübarizə aparır.
Bişkekdə keçirilən dünya çempionatı noyabrın 13-də başa çatacaq. Komandalar üç növ - qadın idmanı, kişi idmanı və döyüş sambosu üzrə yarışır.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər