Bütün xəbərlər
Dünyanın ən seksual aktyoru sevgi və ailə arzusunda olduğunu etiraf edib
Tarix: 09-11-2022 19:09 | Bölmə: Digər

Dünyanın ən seksual kişiləri siyahısına başçılıq edən Hollivud aktyoru Kris Evans “People” jurnalına müsahibəsində ailə həyatı qurmaq istədiyini etiraf edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,41 yaşlı sənətçinin hazırda rəsmi münasibəti yoxdur, lakin bu, onun qarşılıqlı sevginin yaranması haqqında ehtirasla xəyal qurmasına mane olmur. O, möhkəm münasibətlərin, ailələrin yaradılmasını və uşaqların doğulmasını həyatında ən vacib şey adlandırıb.
"Mənim tam istədiyim budur. Arvad, uşaqlar, ailə qurmaq" dedi.
Aktyorun sözlərinə görə, o, artıq “altı ay çamadanlarla yaşadığı üçün çox qocalıb”.
Xatırladaq ki, daha əvvəl “Kapitan Amerika” rolunun ifaçısı “People” jurnalının versiyasına görə 2022-ci ildə dünyanın ən seksual kişisi seçilmişdi.




Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər