Bütün xəbərlər
"Çelsi" hələ də "Dinamo"dan Zaxaryanı almaq istəyir
Tarix: 01-11-2022 13:59 | Bölmə: Digər

Jurnalist Fabrizio Romanonun sözlərinə görə, "Çelsi" hələ də "Dinamo"nun yarımmüdafiəçisi Arsen Zaxaryanla maraqlanır.
Sabaha-inamla.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki,London klubu yayda 19 yaşlı rusiyalı ilə müqavilə imzalamaq istəyirdi, mavilər hələ də oyunçunu indinin və gələcəyin ən vacib istedadlarından biri hesab edirlər.
Yay transfer pəncərəsində artıq “Dinamo” və “Çelsi” Zaxaryanın transferi ilə bağlı razılığa gəlmişdilər, lakin ingilislərdən Rusiya klubuna pul köçürməsi ilə bağlı problemlər üzündən sövdələşmə pozulub.


Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər