Bütün xəbərlər
"Möhtəşəm oynayırlar." "Napoli"nin baş məşqçisi Kvaratsxelianı Salahla müqayisə edib
Tarix: 01-11-2022 12:52 | Bölmə: Digər


İtaliyanın "Napoli" klubunun baş məşqçisi Luçano Spaletti komandasının yarımmüdafiəçisi Xviç Kvaratsxeliya haqda danışıb.
Sabaha-inamla.az "Vesti"yə istinadən xəbər verir ki, İtaliyalı yarımmüdafiəçinin "Liverpul"un hücumçusu Mohamed Salah kimi parlaq oyun nümayiş etdirdiyini qeyd edib.
Football Italia xəbər verir ki, Spalletti  deyir :"Bu iki oyunçu parlaq, lakin fərqli üsullarla oynayır".
Xatırladaq ki, noyabrın 1-də və 2-də Avropanın futbol meydanlarında Çempionlar Liqasının qrup mərhələsinin final oyunları keçiriləcək. Noyabrın ilk günü İngiltərənin "Enfild" stadionunda vaxtından əvvəl turnirin pley-off mərhələsinə yüksəlmiş "Liverpul" və "Napoli" komandaları öz aralarında oynayacaqlar.
Çempionlar Liqasındakı çıxışı zamanı Kvaratsxeliya dörd oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə verib.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər