Bütün xəbərlər
Bosniya və Herseqovina Futbol İttifaqı Rusiya ilə yoxlama oyununun ləğv edildiyini açıqlayıb
Tarix: 31-10-2022 23:48 | Bölmə: Digər




Bosniya və Herseqovina Futbol İttifaqı Rusiya millisi ilə yoldaşlıq oyununun ləğv edildiyini açıqlayıb.
Sabaha-inamla.az "Narodnoe novosti"yə istinadən xəbər verir ki, Bosniya və Herseqovina Futbol İttifaqının rəhbərliyi Rusiya ilə noyabrın 19-da Sankt-Peterburqda keçiriləcək yoxlama oyununu keçirməkdən imtina etmək qərarına gəlib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Beləliklə, Tacikistan Rusiya komandasının ən yaxın rəqibinə çevriləcək. Noyabrın 17-də Düşənbədə milli komandaların yoldaşlıq oyunu keçiriləcək. Bu görüş FİFA və UEFA turnirlərində iştirakdan kənarlaşdırılan Rusiya komandası üçün 2022-ci ildə ikinci olacaq.



Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər