Bütün xəbərlər
Poqba dünya çempionatını buraxa bilər
Tarix: 31-10-2022 13:53 | Bölmə: Digər

             

Fransa millisinin heyətində futbol üzrə dünya çempionu titulunun sahibi Pol Poqba noyabr-dekabr aylarında Qətərdə keçiriləcək növbəti ümumplanetar turnirə çıxmaya bilər.
Sabaha-inamla.az "Vesti"yə istinadən xəbər verir ki, "Yuventus"un futbolçusu yeni zədə alıb.
Mövsümlərarası fasilədə “Mançester Yunayted”dən İtaliyanın “Yuventus”una keçən fransalı yarımmüdafiəçi Poqba indiyədək “Qoca sinyora”nın heyətində bir neçə oyun keçirib. Qaradərili futbolçu zədələrdən əziyyət çəkir.
Yarımmüdafiəçi iyul ayında aldığı uzun və tibbi cəhətdən çətin menisk zədəsindən sağalaraq, "Yuve" ilə məşqlərə bu yaxınlarda başlayıb. Amma indi Poqbanın yeni zədəsi var.
Nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin insayderlərinin məlumatına görə, fransalı futbolçu yeni zədə alıb: ona uzun müddət məşq və oyunsuzluq nəticəsində yaranan bud əzələsinin zədələnməsi diaqnozu qoyulub.
Müxtəlif mənbələrə görə, Paul 10 gündən 20 günə qədər qaça bilər. Yarımmüdafiəçi zədə səbəbindən noyabrın 20-də başlayacaq DÇ-2022-də Fransa millisinin heyətinə düşə bilməz. Komandalar final ərizələrini turnirin başlamasına bir həftə qalmış təqdim etməlidirlər.




Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər