Bütün xəbərlər
Puqaçova və Makareviç xalq artisti adından məhrum ediləcək
Tarix: 29-10-2022 17:35 | Bölmə: Digər


Mədəniyyət Nazirliyi Alla Puqaçova və Andrey Makareviçin xalq artisti adından məhrum edilməsinə icazə verən qanun layihəsi hazırlayır.
Sabaha-inamla.az "Pravda"ya istinadən xəbər verir ki,Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı mənfi danışan və ölkəni tərk edən digər mədəniyyət xadimlərinin də titulunu əllərindən almağı planlaşdırırlar. Belə ki, bu aqibət Maksim Qalkin, Semyon Slepakov və digər şou-biznes nümayəndələrinin başına gələ bilər.
Bir müddət əvvəl musiqi tənqidçisi Sergey Sosedov Puqaçovanın bəyanatından danışaraq, ictimaiyyəti "zəhər səpən qarıya" fikir verməməyə çağırmışdı.




Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər