Bütün xəbərlər
"Sevgi" filminin aktrisası Violeta Doneva Bolqarıstanda qətlə yetirilib
Tarix: 28-10-2022 13:32 | Bölmə: Digər


“Sevgi” filmi ilə tanınan aktrisa Violetta Doneva Sofiyada mənzilində qətlə yetirilib. Bu barədə BNT məlumat yayıb.
Sabaha-inamla.az "Qazeta"ya istinadən xəbər verir ki, 79 yaşlı aktrisanın meyiti Donevanın bir neçə gündür telefonlarına cavab verməməsi barədə qohumlarının şikayətindən sonra polis tərəfindən aşkarlanıb. Nəticədə ulduzun bədənində zorakı ölüm əlamətləri aşkar edilib. Hazırda əsas şübhəli aktrisanın psixi pozğunluğu aşkarlanan yaxın qohumlarından biridir.

Donevanın oynadığı "Sevgi" filmi 1973-cü ildə VIII Moskva Beynəlxalq Film Festivalının Qızıl Mükafatını alıb.


Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər