Bütün xəbərlər
Dziuba İtaliya ilə maraqlanır
Tarix: 28-10-2022 10:37 | Bölmə: Digər


Rusiyalı hücumçu Venesiyaya düşə və Çerışevlə komanda yoldaşı ola bilər. İtaliya B Seriyasında çıxış edən "Venesiya" Artem Dziubanın karyerasını izləyir. Ola bilsin ki, venesiyalılar yanvarda rusiyalı hücumçunu almağa çalışsınlar.
Sabaha-inamla.az  "Vesti"yə istinadən xəbər verir ki, "Venesiya" hücumu gücləndirməyə hazırlaşır. Klub “Adana Dəmirspor”un hücumçusu Artem Dziubanı dəvət etməkdə maraqlıdır. Türkiyə klubunda daimi praktikası olmayan Artem də komandasını dəyişmək istərdi. 34 yaşlı futbolçunun "Adana Dəmirspor"la müqaviləsi 2023-cü ilin iyununa kimi hesablanıb.

Ötən mövsümün sonunda A Seriyasını tərk edən “Venesiya” İtaliya futbolunun ikinci divizionunda uğursuz çıxış edir. On turda "qurdlar" 9 xal toplayıb və 17-ci pillədə qərarlaşıb. “Venesiya”da artıq bir rusiyalı legioner yarımmüdafiəçi Denis Çerışev var.


Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər