Bütün xəbərlər
Qadın boksçularımız Avropa çempionatında 2 medal qazandı - Fotolar
Tarix: 23-10-2022 23:01 | Bölmə: Digər

                      Qadın boksçularımız Avropa çempionatında 2 medal qazandı


Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.
Komandamızın heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından təmsilçimiz gümüş medalla kifayətlənib.
Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.


Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər