Bütün xəbərlər
Azərbaycanlı atıcıdan tarixi qələbə - Son 20 ildə ilk dəfə+Fotolar
Tarix: 19-10-2022 02:31 | Bölmə: Digər

                     Azərbaycanlı atıcıdan tarixi qələbə



Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib.
“Qafqazinfo” xəbər verir ki, Atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb.
Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb. 
Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.







Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər