Bütün xəbərlər
Sumqayıtda gənclər təşkilatları arasında keçirilən şəhər yarışına yekun vuruldu
Tarix: 30-09-2022 18:44 | Bölmə: Digər

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 29-30 sentyabr 2022-ci il tarixlərində Nəsimi adına Mədəniyyət və İstirahət parkının idman sağlamlıq mərkəzində “Sumqayıt gəncləri narkomaniyaya yox deyir” devizi altında gənclər təşkilatları arasında voleybol üzrə şəhər yarışı keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Olimpiya İdman Kompleksinin və “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.
Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal və  kuboklarla  təltif olunmuşlar.
Sabaha-inamla.az






Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər