Bütün xəbərlər
Sumqayıtda breyn-rinq formatında bilik yarışı keçirildi
Tarix: 27-09-2022 21:26 | Bölmə: Digər

     27 sentyabr “Anım günü” ilə əlaqədar olaraq Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər evində breyn-rinq formatında bilik yarışı keçirilmişdir.
     Yarışın keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, gənclərə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq, gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında sağlam elmi rəqabət mühiti yaratmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir.
      Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 14-29 yaş arası gənclərdən ibarət komandalar iştirak etmişdir.
      Bilik yarışının yekun nəticəsinə əsasən 1 saylı Sumqayıt Regional “ ASAN” xidmət mərkəzinin “Zəfər” komandası birinci, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin “Cardinal” komandası ikinci, Qızıl Aypara Cəmiyyətinin “Aypara” komandası isə üçüncü yerləri tutmuşlar.
Qalib komandalar Baş İdarənin kubok, fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilmişlər.
Sabaha-inamla.az








Baxış sayı: 2 491


Bölməyə aid digər xəbərlər