Bütün xəbərlər
Yunan-roma güləşi üzrə şəhər birinciliyinə yekun vuruldu
Tarix: 23-09-2022 22:17 | Bölmə: Digər

            21-22 sentyabr 2022-ci il tarixlərində Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 33 nömrəli tam orta məktəbin idman zalında “27 sentyabr Anım günü”nə həsr edilmiş 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Ayxan Ələkbərov, Emir Şükürov, Yusif Mehdiyev, Ömər Hüseynov, Xəzər İbrahimov, Rauf Mütəllimov, Əli Məmmədov, Rihad İbrahimli, Məhəmməd Orucov və Murad İsayev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olumuşdur.
Sabaha-inamla.az





Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər