Bütün xəbərlər
Azərbaycan tennisçisi erməniyə qalib gəldi
Tarix: 19-09-2022 23:47 | Bölmə: Digər

                        Azərbaycan tennisçisi erməniyə qalib gəldi



Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur.
Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.
Sentyabrın 21-dək davam edəcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə də bacarığını göstərəcək.


Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər