Bütün xəbərlər
Rəşad Nəbiyev Qax şəhərində cüdo üzrə məşqçilər və cüdoçularla görüşüb
Tarix: 13-09-2022 02:52 | Bölmə: Digər

     Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qax şəhərində rayonu təmsil edən cüdo üzrə məşqçilər və cüdoçularla görüşüb, bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub. Görüş çərçivəsində maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar və tövsiyələr verilib.
     Nazir çıxışında onu da vurğulayıb ki, Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinin əsas məqsədlərindən biri cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqlar, yeniyetmələr və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstək olmaqdır.

Sabaha-inamla.az







Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər