Bütün xəbərlər
Güləşçimiz erməniyə qalib gələrək dünya üçüncüsü oldu - Video+Yenilənib
Tarix: 12-09-2022 22:43 | Bölmə: Digər

    Güləşçimiz erməniyə qalib gələrək dünya üçüncüsü oldu



Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, 63 kq-da yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.
Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
***
Daha bir yunan-Roma güləşçimiz Belqraddakı dünya çempionatında bürünc medal qazanıb.
67 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə türkiyəli Murat Fırata 8:2 hesabı ilə qalib gəlib.
82 kq-da mübarizə aparan Rafiq Hüseynov isə bürünc medal qarşılaşmasında macarıstanlı Tamaş Levaya 1:3 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.


               


Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər