Bütün xəbərlər
Cüdoçumuz açıq Avropa turnirinin finalına yüksəldi
Tarix: 10-09-2022 20:49 | Bölmə: Digər

                     Cüdoçumuz açıq Avropa turnirinin finalına yüksəldi



Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən açıq Avropa turnirində finala vəsiqə qazanıb.
"Qafqazinfo" xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda Dilşad Xalmatova (Ukrayna) ipponla qalib gələrək finala çıxıb. R.Əliyevin qızıl medal uğrunda rəqibi türk Salih Yıldız olacaq.
Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək turnirdə Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.


Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər