Bütün xəbərlər
Azarkeş “Beşiktaş” futbolçularına hücum etdi - Video
Tarix: 05-09-2022 11:35 | Bölmə: Digər

                       Azarkeş “Beşiktaş” futbolçularına hücum etdi



Türkiyə Super Liqasının 5-ci turunun “Ankaragücü” – “Beşiktaş” oyunundan sonra qalmaqal baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Ankaragücü”nün bir azarkeşi 2:3 hesabı ilə uduzduqları oyundan sonra rəqib futbolçulara hücum edib.
Meydana girən fanat Salih Uçan və Cenk Tosunu təpiklə vurub.
Daha sonra təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edib. Bundan əlavə, meydan sahiblərindən texniki zonada əyləşən şəxslərdən biri də Jedson Fernandeşə tərəf qaçmağa başlayıb. “Beşiktaş”ın futbolçuları məsələyə müdaxilə edərək onu uzaqlaşdırmağı bacarıb.
“Ankaragücü”nün prezidenti Faruk Koca baş verənlərə görə İstanbul təmsilçisindən üzr istəyib.


             



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər