Bütün xəbərlər
Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb
Tarix: 03-09-2022 12:10 | Bölmə: Digər

Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb



Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) yığmamızla yanaşı, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 idmançının qatıldığı turnirdə 3-cü yeri tutublar.
Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçumuz bürünc mükafata layiq görülüb.
Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Rauf fəxri kürsünün üçüncü pilləsinə qalxıb.




Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər