Bütün xəbərlər
Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə milli komandanın üzvləri bürünc medal qazanıblar
Tarix: 02-09-2022 22:21 | Bölmə: Digər


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə Namiq Abaslı (-73 kq, J2) və İsmayıl Muradov (-60 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, millimizin aktivində 2 bürünc medal var.
Qeyd edək ki, növbəti görüşlərdə İlham Zəkiyev (+90 kq, J1), Zakir Mislimov (-90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova ( +70 kq, J2) tatami üzərinə çıxacaqlar.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər