Bütün xəbərlər
Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib
Tarix: 02-09-2022 21:13 | Bölmə: Digər


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin matçında Maltaya qalib gəlib.
AZƏRTAC xəbər verir ki, oyunda Azərbaycan yığması rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova vurub. Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək Maltanı turnir cədvəlində qabaqlayıb. Hazırda qadın yığması qrupda 4-cü pillədədir.





Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər