Bütün xəbərlər
Sumqayıt şahmatçıları Respublika Olimpiadasının qalibi oldular
Tarix: 02-09-2022 20:35 | Bölmə: Digər

21-31 avqust 2022-ci il tarixlərində Zaqatala rayonunda 16-yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilmişdir. Yarışda Respublikamızın şəhər və rayonlarının 500-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt şəhərinin şahmatçıları böyük uğura imza atmışlar. Belə ki, Mədinə İmranlı (12 yaş) bütün rəqiblərinə qalib gələrk fəxri kürsünün ən yüksək pilləsinə qalxmış, onun komanda yoladaşları Nurtən Nuriyeva (16 yaş) gümüş, Leyla Hümbətli (10 yaş) və Leyla Mirzəliyeva (14 yaş) isə bürünc medallara sahib olmuşlar.
Oğlanların yarışında isə Rüstəm Rüstəmov (14 yaş), Əli Həsənov (16 yaş) gümüş, Musa Təkləvi (16 yaş) isə bürünc medal əldə etmişdir. Yekunda Sumqayıt şahmatçıları komanda hesabında Olimpiadanın qalibi adına layiq görülmüşlər. İdmançılarımızı təbrik edir, hər birinə uğurlar arzulayırıq!
Sabaha-inamla.az




Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər