Bütün xəbərlər
Cüdoçularımız dünya çempionatının fərdi yarışlarında üç medal qazandı
Tarix: 27-08-2022 19:30 | Bölmə: Digər

                   Cüdoçularımız dünya çempionatının fərdi yarışlarında üç medal qazandı



Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatının fərdi yarışlarını Azərbaycan komandası üç medalla başa vurub.
"Qafqazinfo" xəbər verir ki, yığmamızın üzvləri Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (60 kq), Aydan Vəliyeva (48 kq) isə bürünc medal qazanıblar.
Yığmamız avqustun 28-də isə komanda yarışlarında çıxış edəcək.


Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər