Bütün xəbərlər
Boks üzrə Sumqayıt idmançılarının növbəti uğurları
Tarix: 22-08-2022 12:43 | Bölmə: Digər


10-20 avqust 2022-ci il tarixində Türkiyənin Ərzurum şəhərində yeniyetmə məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt boks məktəbinin yetirməsi Sübhan Babayev (44 kq) birinciliyin qızıl, onun komanda yoldaşı Kənan Aslanlı (60 kq) isə bürünc medala sahib olmuşlar.
Qeyd edək ki, idmançılar
“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbin yetirmələridir. Şəxsi məşqçiləri Azərbaycan Respublikasının Əməkdar məşqçisi Elbrus Rzayevdir.
Sabaha-inamla.az



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər