Bütün xəbərlər
Azərbaycan İslamiadanı 99 medalla başa vurdu
Tarix: 19-08-2022 02:07 | Bölmə: Digər

                     Azərbaycan İslamiadanı 99 medalla başa vurdu



Xəbər verdiyimiz kimi, avqustun 18-də Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayıblar.
Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.


Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər