Bütün xəbərlər
Voleybol millimiz Konyada bürünc medal qazandı
Tarix: 15-08-2022 16:17 | Bölmə: Digər

                       Voleybol millimiz Konyada bürünc medal qazandı



Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün üçüncü yer uğrunda görüşdə Kamerun yığmasını sınağa çəkib. 
“Qafqazinfo” xəbər verir ki, bürünc medal uğrunda keçən qarşılaşmada Eldar Yusubovun rəhbərlik etdiyi yığma Kamerun millisinə 3:0 (27:25, 25:13, 25:17) hesabı ilə qalib gəlib. 
Beləliklə, qadınlardan ibarət komandamız V İslam Həmrəyliyi Oyunlarında bürünc medalın sahibi olub.





Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər