Bütün xəbərlər
Taekvondoçumuz İslamiadanın bürünc medalını qazandı
Tarix: 10-08-2022 19:50 | Bölmə: Digər

                  Taekvondoçumuz İslamiadanın bürünc medalını qazandı



Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz bürünc medal qazanıb.
"Qafqazinfo" xəbər verir ki, komandamızın üzvü Patimat Abakarova (49 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, bu gün həmçinin taekvondoçularımız Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) da finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, bundan əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medala sahib olublar.

             



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər