Bütün xəbərlər
Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinalına yüksəlib
Tarix: 28-07-2022 17:20 | Bölmə: Digər



Basketbol üzrə U-18 milli komandamız Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, San Marinoda gənclər arasında təşkil olunmuş Avropa çempionatının “C” divizionunda U-18 milli komandamız “B” qrupunda sonuncu görüşünə çıxıb. Moldova seçməsi ilə qarşılaşan Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız görüşün əvvəlində qazandığı üstünlüyü oyunun sonunadək davam etdirərək rəqibini 75-66 hesabı ilə məğlub edib.
Qrupdakı bütün rəqiblərinə qalib gələn millimiz adını turnirin yarımfinalına yazdırıb.
Millimizin bu mərhələdəki rəqibi “A” qrupunda keçiriləcək Albaniya-Andorra cütünün qalibi olacaq.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər