Bütün xəbərlər
“Hamımız məyusuq” - “Sürix”in baş məşqçisi
Tarix: 28-07-2022 10:31 | Bölmə: Digər

                     “Hamımız məyusuq”



“Heyət, məşqçilər, oyunçular - hamımız məyusuq. Çox şey planlaşdırmışdıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”la mübarizədən uduzan “Sürix”in baş məşqçisi Franko Foda oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Əlbəttə, indi komandanı ayağa qaldırmağın vaxtıdır. Yenidən canlanmalıyıq və həftəsonuna qədər az vaxtımız var. Çempionlar Liqası xəyalı partlasa da, avrokuboklarda mübarizəmiz davam edir”.


Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər