Bütün xəbərlər
Polşalı MMA çempionu Ukraynada həlak oldu
Tarix: 24-07-2022 22:17 | Bölmə: Digər

                 Polşalı MMA çempionu Ukraynada həlak oldu



Polşalı qarışıq döyüş növləri üzrə (MMA) çempion Tomek Valentek Ukraynanın müdafiəsi zamanı həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşa MMA Assosiasiyası məlumat yayıb.
“Böyük kədərlə, polşalı könüllü kimi Ukraynanın Beynəlxalq Müdafiə Legionunun tərkibində döyüşmüş və orada həlak olan Tomekonun ölümü ilə bağlı məlumatı aldıq”, - məlumatda deyilir.
Bildirilib ki, o, Donbassda həlak olub. 
Qeyd edək ki, Valentek həvəskar MMA turnirlərində iştirak edib. O, 2021-ci ildə Qlivitsedə keçirilən ikinci MMA turnirinin qalibi olub. 

 



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər