Bütün xəbərlər
“Gimnastika hamı üçün”
Tarix: 17-07-2022 14:06 | Bölmə: Digər

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” lahiyəsi çərçivəsində 17 iyul 2022-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Gimnastika hamı üçün” adlı tədbir keçirilmişdir.
Tədbirdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim edilmişdir. Bütün yaş kateqoriyalarından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetirmiş və flaşmobda iştirak etmişlər.
Tədbirdə 50-dən artıq idmançı və şəhər sakinləri iştirak edib.
Əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.
Sabaha-inamla.az






















Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər