Bütün xəbərlər
“Gimnastika hamı üçün”
Tarix: 13-07-2022 23:49 | Bölmə: Digər

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində 17 iyul 2022-ci il tarixində “Gimnastika hamı üçün” tədbiri təşkil ediləcək. “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində (5-ci mikrorayon,  Gənclər Evinin yanı) saat 09.00-dan 11.00-dək keçiriləcək tədbirdə hər kəs iştirak edə bilər. Əraziyə giriş sərbəstdir.
Tədbirdə müxtəlif musiqili – nümunəvi çıxışlar təqdim ediləcək. İstənilən yaş kateqoriyasından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında keçiriləcək proqrama kütləvi şəkildə qoşularaq isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetirə və flaşmobda iştirak edə bilərlər.
Əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.
Sabaha-inamla.az




Baxış sayı: 279


Bölməyə aid digər xəbərlər