23:35 / 27-10-2026
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
23:32 / 27-10-2026
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
23:17 / 27-10-2026
Britaniyalı nazir keçmiş müstəmləkələrin təzminat tələblərini rədd etdi
23:13 / 27-10-2026
Tramp Konqres seçkilərinin ədalətli olacağı təqdirdə nəticələrini tanıyacağına söz verdi
23:09 / 27-10-2026
"NY Times": ABŞ RDIF-ə qarşı sanksiyaları ləğv edə bilər
23:06 / 27-10-2026
Braziliya Prezidentinin rəqibi ABŞ-a qaçdı
23:01 / 27-10-2026
Cənubi Koreya xarici işlər naziri Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsini istisna etmir
15:43 / 27-10-2026
Kreml: Putin, Stubb və Störe Vitkoffla görüşlərini müzakirə etdilər
15:36 / 27-10-2026
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
15:19 / 27-10-2026
Hollandiya genişmiqyaslı hərbi münaqişəyə hazırlıq çağırışı edib
15:16 / 27-10-2026
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
15:13 / 27-10-2026
Bir sürücü təqibə rəhbərlik edərək polis əməkdaşlarına avtomatik silahla atəş açmaqla hədələyib
15:09 / 27-10-2026
Danimarka Stubb və Störenin Putinə zənglərini Avropa müttəfiqləri ilə əlaqələndirmədiyini bildirdi
09:16 / 27-10-2026
Fransa Senatları Korsikaya muxtariyyət statusu verilməsindən imtina etdi
09:13 / 27-10-2026
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
09:10 / 27-10-2026
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
09:07 / 27-10-2026
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
09:04 / 27-10-2026
Yapon milyarderin oğlu sirli şəraitdə öldü
23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
“Məni erməni şərləyib” - Kiyevdə həbs olunan azərbaycanlı
Tarix: 06-07-2022 20:31 | Bölmə: Digər
II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır.
O, vəkili vasitəsilə “Qafqazinfo”ya müraciət edərək Kiyevdə qanunsuz şəkildə həbsdə saxlanıldığını iddia edib. M.Qasımlı bildirib ki, milliyətcə erməni olan bir əcnəbi tərəfindən şərlənib: “Həmin şəxs məni onu döyməklə şərləyib. Amma əllərində heç bir sübut yoxdur. Məni sifarişlə həbsdə saxlayırlar. Qanunsuz silah daşıma, adam qaçırma, adam döymək kimi ittihamlar irəli sürüblər. Şərləyən şəxs də İspaniyaya getdiyi üçün onu məhkəməyə belə çağırmadan iş aparırlar.
Mən özüm Rusiyada yaşayırdım. Müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollandım. Müharibədən sonra isə Ukraynaya gedib işlərimi orada davam elədim. Bir dəfə Azərbaycandan dostum gəlmişdi. Onunla ad gününü qeyd etməyə getmişdik. Bir ispan vətəndaşı yaxınlaşdı. Sonradan araşdıranda xəbərim oldu ki, atası ərəb, anası erməni imiş. Bizimlə ingiliscə danışırdı. Tərcümə üçün ofisianta yaxınlaşdı. Ofisiant dedi ki, səninlə tanış olmaq istəyir. Hesabımızı bağladı. Ordan çıxıb başqa yerə getdik. Yolda içkili idim və aramızda söz-söhbət yarandı. Mənə narkotik satmağı təklif elədi. Mən də belə şeylərdən uzaq olmaq üçün onu maşından qovdum”.
M. Qasımlı hadisədən 3 ay sonra valyuta yerində pul xırdalayarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirir: “Şikayət edən şəxs mən bölməyə aparılandan 2-3 saat keçmədən İspaniyaya qayıtdı. Erməni lobbisinin vəkili işə qatıldı, prokurorla görüşdü. Təqsirləndirilən iki nəfər idik. Birinci bizə yüngül ittihamlar yazmışdılar. Sonra məhkəmədə dedilər ki, çölə buraxmaq olmaz, Qarabağ müharibəsində iştirak edib. Prokuror daha 3 ittiham elan etdi.
Ortada heç bir sübut yoxdur. Nə silahda, nə də bıçaqda əl izi var. Qan izi yoxdur. Hakim işimə vəkilsiz, tərcüməçisiz baxır. Diaspor nümayəndələrinə və Ukraydakı səfirliyimizə müraciət etməyimə baxmayaraq, heç kim işlə maraqlanmır. Ailəmdən Bakıda Xarici İşlər Nazirliyinə gedənlər olub, içəri buraxmayıblar”.
Fotoda: Solda Misir Qasımlı
.png)
“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı Səfirliyinə sorğu göndərib. Sorğumuza cavab olaraq bildirildi ki, Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlunun Kiyev şəhərində saxlandıqları və mühakimə olunmaları ilə bağlı səfirliyin məlumatı var: “Məlumatımıza görə, prosesdə İspaniya vətəndaşı olan ərəb mənşəli şəxs şikayətçi qismində iştirak edir. Prosesə kənar müdaxilələrin olması barədə fakt aşkar edilməyib. Kifayət qədər sübut olmadığı üçün həbs müddəti iyulun ortalarınadək uzadılıb. Səfirlik mühakimə olunanların ailələri və vəkilləri ilə təmasdadır, prosesin mümkün sürətləndirilməsinə dəstək göstərilməsi məqsədilə Ukrayna tərəfinə məktub ünvanlayıb. Yuxarıdakına əlavə olaraq bildirək ki, həbs müddətinin bitməsi tarixindən öncəyə artıq məhkəmə iclası təyin edilib”.
“Qafqazinfo” Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla da əlaqə saxlayıb. Diaspor rəhbəri açıqlamasında bildirib ki, Misir Qasımlının həbsi İspaniya vətəndaşı tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayətlə bağlı olub: “Nəzərinizə çatdırım ki, Misir Qasımlı özü və onun ukraynalı vəkili diasporumuza, yəni bizim Ukrayna azərbaycanlıları birləşmiş diasporuna nə yazılı, nə də şifahi müraciət etməyiblər. Bir həftə öncə bizə bununla bağlı məlumat çatıb. Məlumatı aldığımız gün özü və vəkili ilə məsələ ilə bağlı söhbət etmişəm. Bundan sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun hüquqşünası və hüquq-mühafizə orqanları ilə əlaqə yaradaraq məsələni araşdırmışıq. Hazırda Misir Qasımlının vəkili tərəfindən apellyasiya məhkəməsinə müraciət olunub ki, həbslə bağlı qərar ləğv edilsin. Dünən bizə Ədliyyə Nazirliyindən məlumat verdilər ki, iyulun 13-nə Misir Qasımlının məhkəmə prosesi təyin olunub və həmin prosesdə bizim vəkilimiz də iştirak edəcək. Həmçinin təşkilatımızın Misir Qasimlının azadlığa buraxılması ilə bağlı zamin durmasını özündə əks etdirən hüquqi sənəd məhkəməyə təqdim olunacaq.
Bildiyim qədərilə səfirlik bu məsələ ilə bağlı Ukraynanın Ədliyyə Nazirliyinə, Baş Prokurorluğuna və digər hüquq-mühafizə orqanlarına müraciət göndərib. Lakin İspaniya səfirliyi də öz vətəndaşlarının hüquqlarının pozulduğunu düşünür. Məsələnin obyektiv araşdırılması ilə bağlı bütün mövqeyimizi ortaya qoymuşuq. Ümid edirik ki, yaxın zamanda qazimiz azadlığa buraxılar”.
.png)
Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Baxış sayı: 394
Bölməyə aid digər xəbərlər