Bütün xəbərlər
Mehriban Əliyeva idmançılarımızı təbrik etdi
Tarix: 25-06-2022 03:21 | Bölmə: Digər

                         Mehriban Əliyeva idmançılarımızı təbrik etdi



Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatlarının mükafatçısı olan idmançıları və Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, M.Əliyeva rəsmi İnstaqram səhifəsində yazıb: 
“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!”.
 

         



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər