22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Məşhur müğənni dəvət olunduğu məclisdən qovuldu - Hərəkətlərinə görə
Tarix: 03-05-2022 15:32 | Bölmə: Digər



Dubaydan yenicə qayıdan müğənni eqor Qrid Moskvada bir ad gününə dəvət alıb.
Axşam.az rus mediasına istinadən xəbər verir ki, sənətçinin 18 yaşlı qızın məclisindəki çıxışı səbəbkarın anasının xoşuna gəlməyib.
O, mahnı ifa edərkən səhnədən qovulub. Gecə üçün 4 milyon rubl qonorar alan Eqor Twitch-də canlı yayıma girərək, yaşadığından bəhs edib. Karyeram boyunca heç vaxt başıma belə hadisə gəlməyib. 7 mahnı oxudum.
Səkkizinci mahnım "Дэнсерс" oldu. Qızlar rəqs edirdi, sonra dincəlmək istədim. Sonra bir qadın yaxınlaşdı və qışqırmağa başladı: nə üçün bu qədər pul ödəyirlər? Hər zaman belə dəvətlərdə narahat oluram. çünki insanlar içki içir və dava salır. Bu qadın isə heç də spirtli içkinin təsirində deyildi"deyə, o, söyləyib. Məclis sahibi Qridi fonoqram oxumaqda günahlandırıb. İfaçı bildirib ki, yaşananlardan sonra məclis sahibləri onun otağına gəlib və ikiqat artıq qonorar ödəyəcəklərini, səhnəyə qayıtmasını istədiklərini bildirib. 
O isə təklifi qəbul etməyib, əvvəl aldığı pulu da geri qaytararaq məclisdən gedib. 





Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər