22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Ronaldo vurduğu hər qola görə bu qədər mükafat alacaq
Tarix: 17-04-2022 23:06 | Bölmə: Digər

                   Ronaldo vurduğu hər qola görə bu qədər mükafat alacaq


"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 33-cü turunda "Norviç"ə 3:1 hesabı ilə qalib gəldikləri oyunda het-trikə imza atdıqdan sonra yüksək məbləğdə mükafat alacaq.
"Qafqazinfo" "The Sun"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu mövsüm 21 qol vurduğu üçün klubla müqaviləsində bonus maddəsi aktivləşdirilib. Ronaldonun müqaviləsində 20 qola çatacağı təqdirdə, 905  min avro mükafat və het-trikə görə daha 120 min avro qazanacağı ilə bağlı maddə yer alıb.
Bundan başqa, Ronaldo bu mövsümün sonuna qədər vurduğu hər əlavə qola görə də 120 min avro alacaq.


Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər