12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Azərbaycanlı idmançıların UFC-də iştirak etməməsi onların günahı deyil”
Tarix: 13-04-2022 16:34 | Bölmə: Digər

                  “Azərbaycanlı idmançıların UFC-də iştirak etməməsi onların günahı deyil”



“Menecer kimi hər zaman güclü, ambisiyalı idmançılarla çalışmaq istəmişəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyevin meneceri Sayad Əbdürəhmanov deyib.
O, bu gün təşkil edilən mətbuat konfransında bildirib ki, azərbaycanlı idmançıların UFC kimi yarışlarda iştirak etməməsi onların günahı deyil. Əbdürəhmanov ölkəmizdə kifayət qədər güclü idmançıların olduğunu söyəyib: “Azərbaycanda potensiallı, güclü idmançı çoxdur. Tofiq Musayev, Nəriman Abbasov, Rafael Ağayev kimi idmançıları misal göstərə bilərəm. İnanıram ki, azərbaycanlı idmançılar da bu sahədə öz sözlərini deyə biləcəklər”.



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər