22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən şəhər yarışına yekun vuruldu
Tarix: 02-04-2022 23:06 | Bölmə: Digər

01-02 aprel 2022-ci il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Alüminiumçu” İdman Evində sərbəst güləş üzrə “31 Mart – Azərbaycanlıların Soyqrımı günü”nə həsr edilmiş 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fəqan Allahverdiyev (45 kq), Murad Qaramanov (48 kq), Fərid Qaramanov (51 kq), Əli İslamlı (55 kq), Amid Qədimov (60 kq), Əkbər Mirzəzadə (65 kq), Fərid Əbilzadə (71 kq), İzzət Muradov (80 kq), Fərid Şükürzadə (92 kq) və Murad Hüseynov (110 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olumuşlar.

Sabaha-inamla.az




Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər