12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Avropa çempionatında erməni təxribatı
Tarix: 01-04-2022 23:55 | Bölmə: Digər

                      Avropa çempionatında erməni təxribatı



Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı Ermənistan təmsilçisi Hraçya Poqosyan təxribata əl atıb.
Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Məmmədovun üzünə zərbə endirərək onu itələyib.
Belə ki, idmançımızın peşəkarlığı sayəsində təxribatın qarşısı alınıb. Qələbəmizi qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.
Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.



Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər