22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Nicat Rəhimovun olimpiya çempionluğu əlindən alındı
Tarix: 23-03-2022 13:38 | Bölmə: Digər

                   Nicat Rəhimovun olimpiya çempionluğu əlindən alındı



Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov ağır cəzaya məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, o, antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb.
Nicat Rəhimovun olimpiya medalı da əlindən alınıb.
İdman Arbitraj Məhkəməsinin məlumatına görə, Rəhimovun 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək. 2021-ci ilin yanvarında Beynəlxalq Test Agentliyi (ITA) idmançını antidopinq qaydalarını pozmaqda ittiham edib.


Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər