22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Deputatlar tennis yarışına qatılıblar
Tarix: 22-03-2022 22:24 | Bölmə: Digər


Milli Məclisin deputatları Kamal Cəfərov və Bəhruz Məhərrəmov Biləsuvar rayonunda olublar. Onlar bir neçə məktəbə və Gənclər Evinə hədiyyə olunan tennis masalarına baxış keçiriblər,sonra mini tennis yarışı təşkil ediblər. Və özləri də həmin yarışa qatılıblar.
Sabaha-inanmla.az deputat Kamal Cəfərovun yarış barədə yazıdığı həmin yazını oxucuların nəzərinə çatdırır:

"Biləsuvar rayonun deputatı Bəhruz müəllimin təşəbüsü və Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi ilə Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı, Ə.Eynullayev adına 4 saylı və Ağalıkənd tam orta məktəblərinə, o cümlədən, rayon Gənclər evinə stolüstü tennis masaları hədiyyə edildi.
Dostum Bəhruzla şəhər 4 saylı tam orta məktəbə və Gənclər Evinə baş çəkib tennis stollarına baxış keçirdik, şagirdlərlə və tədbir iştirakçıları ilə mini yarış təşkil edib ən güclü tennisçini müəyyən etdik. Qalib Gənclər Evinin müdiri Vəkil oldu. Revanş üçün geri qayıdacağıq". 


Sabaha-inanmla.az











Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər