22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“Azərbaycanda da bunu gördük” - Ərdoğan
Tarix: 22-03-2022 21:00 | Bölmə: Digər

                   “Azərbaycanda da bunu gördük”



"Əgər biz NATO-da birlikdəyiksə, həmrəyliyimizi tam şəkildə nümayiş 
 etdirməliyik".
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı zamanı deyib:
“NATO ölkələri olaraq xüsusilə müdafiə sənayesi istiqamətində atılacaq addımlarda həmrəy olmalıyıq. Artıq dünyada müdafiə sənayesində heç bir məhsulu təkbaşına istehsal etmirlər. Əslində biz bunu Rusiya-Ukrayna müharibəsində də gördük. Bundan sonra kim bilir harda, nəyi görəcəyik. Liviyada, Azərbaycanda da bunu gördük. Ümid edirik ki, bunların olmadığı və sülhün hökm sürdüyü bir dünyanı birlikdə quraq. Hazırda bu müzakirə olunur. Amma bununla bağlı Milli Müdafiə Nazirliyimiz hər cür tədbir görür. Nə lazımdırsa ediləcək”.


Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər