12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
"Xanım" sözü necə yaranıb?
Tarix: 08-03-2022 00:20 | Bölmə: Digər


"Klassik Ədəbiyyat İnciləri" qrupu sosial şəbəkədə "Xanım" sözünün necə yaranması barədə paylaşma edib.

Sabaha-inamla.az bu paylaşmanın maraq doğurduğunu nəzərə alaraq onu bir daha diqqətə çatdırır:

"Xanım" sözü necə yaranıb?Bu müraciət forması Böyük Monqol İmperiyasının dövrünə təsadüf edir. Bir gün Çingiz xan hamını ətrafina toplayır, yanında isə həyat yoldaşını əyləşdirir. Üzünü insanlara tutan Çingiz xan "mən xanlar xanı Çingiz xan hamınızın xanıyam" dedikdən sonra həyat yoldaşını göstərərək, "bu da mənim xanımdır" deyir. Məhz bu hadisədən sonra "xanım" müraciət forması yaranaraq məişətdə işlənməyə başlayıb. Azərbaycanda isə qədim zamanlardan xanımlara yaşa görə xüsusi müraciət formaları mövcud idi: 15 yaşına qədər olan qızlara "banu", 15-35 yaşlı qız və qadınlara "bəyim", 35-55 yaşlılara "xanım", 55-75 yaşlılara "xatun", yaşı 75-dən yuxarı olanlara isə "xanım-xatun" deyirmişlər".
Sabaha-inamla.az











Baxış sayı: 2 864


Bölməyə aid digər xəbərlər