12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Qanuni oğru” “Kor Hüseyn” Türkiyədə HƏBS OLUNDU
Tarix: 10-02-2022 00:31 | Bölmə: Digər
            “Qanuni oğru” “Kor Hüseyn”   Türkiyədə HƏBS OLUNDU
Türkiyədə “Kor Hüseyn” ləqəbli 55 yaşlı “qanuni oğru” Hüseyn Əhmədov saxlanılıb. 
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, keçən ilin martında baş vermiş cinayətdə günahlandırılır. 
Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
Qeyd edək ki, "Kor Hüseyn" mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. Hətta Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Rövşənin qətlindən sonra İstanbulu tərk edərək Qroznıya qayıdıb.
 "Kor Hüseyn" bu ilin iyul ayında yenidən İstanbula qayıdıb və "Sabirabadlı Hikmət"in qardaşı oğlu Məmmədqulu Muxtarova "qanuni oğru" adı vermək üçün "sxodka" çağırıb. Amma "sxodka"ya "Lotu Quli" müdaxilə etdiyindən baş tutmayıb. "Kor Hüseyn" "Lotu Quli"nin düşmənlərindən sayılırdı.




 



Baxış sayı: 381


Bölməyə aid digər xəbərlər