09:16 / 27-10-2026
Fransa Senatları Korsikaya muxtariyyət statusu verilməsindən imtina etdi
09:13 / 27-10-2026
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
09:10 / 27-10-2026
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
09:07 / 27-10-2026
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
09:04 / 27-10-2026
Yapon milyarderin oğlu sirli şəraitdə öldü
23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
Adi üzərlik və onun faydalı xususiyyətləri
Tarix: 05-05-2021 02:41 | Bölmə: Digər

Xalq arasında qəbirsandıq otu, nəzərotu, nəfəsotu, çöl sədəfotu kimi adlanır. Çoxillik çilpaq ot bitkisidir, spesifik kəskin iyli olub, hündürlüyü 40-70 sm-dir. Gövdəsində bir neçə şırım olmaqla, budaqlanan, girintili-çıxıntılı və sıx yarpaqlıdır. Yarpaqları oturaq, növbəli, uzunluğu 4-5 sm, iki lələkvari yarılmış olmaqla, xətti seqmentlidir. Çiçəkləri çoxsaylı, iri, beşüzvlü, ikiqat çiçək yatağına malik olmaqla, azacıq sarımtıldır. Meyvələri kürəşəkilli, qutucuğu 3-yuvalı və çox toxumludur. May-iyul ayında çiçəkləyir, iyundan avqust ayına qədər isə meyvələri yetişir. Azərbaycanda Xəzərsahili, Samur-Şabran düzənliyi, Abşeron, Qobustan, Böyük Qafqazın şərqi, Kür-Araz düzənliyi, Kiçik Qafqazın şimalı, Diabr və Naxçıvan MR-in düzənlik ərazilərində yayılmışdır. Gilli və qumsal torpaqlarda, yarımçöl, öndağlıq və 2800 m dəniz səviyyəsi hündürlüyü olan dağlıq ərazilərdə yayılmışdır. Ruderal (mədən sevən), otlaq-alaq bitkisidir. Yerüstü hissələri erkən yazda (aprelin ikinci yarısında), çiçəkləmə fazasında yalnız quru hava şəraitində toplanılmalıdır. Toplanılan bitki 8 sm-ə qədər kəsilərək 4-5 sm qalınlığında sərilməli və qısa bir zamanda qurudulmalıdır. Qurudulma günəş altında aparılır. Qurudulmya düzgün riayət edilməzsə, bitkinin istifadəsi zamanı təngnəfəslik və baş ağrısı əmələ gəlir. Bitkilərin pöhrələrinin normal bərpasını gözləməklə, 2 ildə bir dəfə toplamaq mümkündür. Xammal kimi gövdə, yarpaq, buton və çiçəkləri hesab olunur. Gövdəsi çılpaq, silindrik, xammalı spesifik xoşagəlməyən iyli olub, dadı təyin olunmayandır (!). Bitkinin bütün orqanlarında alkaloidlər - xinazolin və indol törəmələri vardır. Butonizasiya zamanı xinazolin törəmələrinin xüsusilə, L-peqaninin miqdarı 1,5-3% olur. Çiçəkləmə və meyvəvermə vaxtı indol qrupundan olan akaloidlərdən harmin və harmalin daha çox toplanılır. Müxtəlif fazalarda bitkinin tərkibində müxtəlif qruplu maddələr toplanır. Tərkibində akaloidlərdən başqa aşı maddələri, saponinlər və üzvi turşular da vardır. Antixolinestraza tərkibli dərman bitkisidir. Skelet əzələlərin tonusunu və bağırsağın motor funksiyasını artırır. Bitkidən antixolinestraza təsirli dezoksipeqanin hidroxlorid preparatı alınır. Periferik sinir sistemində baş verən müxtəlif xəstəliklərdə və beyin pozğunluqlarında işlədilir. Epilepsiya, mədə və onikibarmaq bağırsaq xorası, bronxial astma və hipertoniya zamanı təyini əks göstərişdir. Min bir dərdə şəfa verən üzərliyi yaş halda yığıb, ondan bəzi əşyalar düzəldirlər. Daha şox kənddə yaşayan qadınların aksesuar kimi istifadə etdiyi rəngli muncuqlar üzərliyin meyvələrindən hazırlanır. İnsanlar tərəfindən üzərliyə təkcə bədnəzər qoruyucusu kimi yanaşılmayıb. O, həm də sağlamlıq üçün faydalı sayılan qiymətli müalicəvi bitki kimi dəyərlidlr. Yanan üzərliyin ətrini sevməyən olmaz. Onun tüstüsü çox xeyirlidir. Tərkibində olan harmin və harmalin mikrobları öldürür, əsəbləri sakitləşdirir və yuxusuzluqla mübarizə aparmağa kömək edir. Üzərliklə kəskin əsəb xəstəlikləri – xüsusən iflic, epilepsiya və zəifgörmə daha çox müalicə edilir. Orta əsr mənbələrində üzərliyin bədəni isti saxladığı, yuxu gətirdiyi, sinəni yumşaltdığı, qanı durulaşdırdığı haqqında da məlumatlar vardır. Müasir dövrdə həkim məsləhəti ilə üzərliyin dəmləmələri soyuqdəymə və virus xəstəlikləri üçün istifadə olunur. Eyni zamanda qarqara şəklində damağın möhkəmləndirilməsi, tüstüsü isə diş ağrısına qarşı tövsiyə edilir. Üzərliyi balla qarışdırıb qəbul etmək bronxial astma üçün çox xeyirlidir. Revmatizm zamanı üzərliklə olan vannalar əzələ ağrılarını götürməklə, çox yaxşı müalicəvi təsirə malikdir. Həmçinin üzərlik dəmləmələri müxtəlif dəri xəstəlikləri (dəmirov, ekzema) zamanı da çox faydalıdır. Bundan başqa üzərlik dəmləməsi beyin damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır, toxumları isə oynaq ağrılarının kəsir. Təpitməsi isti halda bədənin ağrıyan yerlərinə qoyulduqda ağrıları kəsir. Üzərliyin toxum və gövdəsində harmalin adlı qiymətli boyaq maddəsi də vardır. Bu boyaq maddəsi ilə insanlar yun və ipək məhsullarını sarı, narıncı, narıncı-yaşımtıl, zeytuni rənglərə boyayırlar. Ümumilikdə üzərlikdən 100-dən artıq rəng çaları almaq mümkündür. Bitkinin toxumlarından alınan yağdan müalicəvi sabun hazırlanır. Xalq təbabətində üzərliyin qaynadılmış suyu saçı qaraldır. Göründüyü kimi, üzərlik adi bir bitki deyildir. Belə ki, elmi, ənənəvi və xalq təbabətində ondan insanların sağlamlığında, xalqımızın inancında, eləcə də əczaçılıq və sənayedə böyük əhəmiyyətə malikdir. Bu qiymətli bitkini təbiətin sərvəti kimi qorumalı, toplayarkən kökünün kəsilməməsinə diqqət etməli ki, onun xoş ətrini hər zaman hiss edə bilək!
Ramiz Ələkbərov,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
“İnnovasiya və elmi istehsalat” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent
Namiq Abbasov,

“Bitki sistematikası” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent
Qədir Məmmədov,

“Nəbatat” şöbəsinin kiçik elmi işçisi
Baxış sayı: 960
Bölməyə aid digər xəbərlər